Azərbaycanın axtardığı şəxslərə qarşı Türkiyədə ƏMƏLİYYAT

Azərbaycanın axtardığı şəxslərə qarşı Türkiyədə ƏMƏLİYYAT
 

Türkiyədə 13 vilayətdə eyni vaxtda həyata keçirilən "Qəfəs-31" əməliyyatı ilə 12 ölkədə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən 42 şübhəli tutulub.

Bu barədə Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib.

“Hansı bülletendə axtarılırsa axtarılsın, xalqın dincliyini pozan zəhər tacirlərinə heç bir möhlət verməyəcəyik. Hamısını bir-bir “qəfəs”ə salacağıq.

Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və İnterpol-Avropol Departamentinin koordinasiyası ilə Ankara, Antalya, Bursa, Ərzurum, Əskişəhər, Kırklareli, Hatay, İstanbul, İzmir, Mersin, Niğde, Sakarya və Uşakda “Qəfəs31" əməliyyatı həyata keçirilib.

Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən İnterpolun qırmızı bülleteni və təcili tutulma qərarı ilə axtarışda olan 42 nəfər saxlanılıb.

Əməliyyat zamanı yaxalanan şəxslərin mütəşəkkil cinayətkar qrupa üzvlüyü, qanunsuz silah ticarəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəsdən adam öldürmə, mühacir qaçaqmalçılığı, ixtisaslı və maliyyə fırıldaqçılığı, soyğunçuluq və oğurluq, rəsmi sənədləri saxtalaşdırma və vergidən yayınma cinayətləri ilə bağlı axtarış sənədlərinin olduğu müəyyən edilib.

İlin əvvəlindən bu yana Qırmızı bülletenlə axtarılan 114 nəfər “Qəfəs 31” əməliyyatları ilə tutulub.

Əməliyyat davam edir”.

 

0.022302150726318