Ərəb ölkələri plan qurdular, ABŞ və Avropa nə edəcək?

Ərəb ölkələri plan qurdular, ABŞ və Avropa nə edəcək?
 

Ərəb ölkələri İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin həllinə yönəlmiş təşəbbüs hazırlayır.

“Financial Times” xəbər verir ki, onlar bir neçə həftə ərzində plan təqdim etmək niyyətindədirlər.

Planda təkcə İsrail və Həmas arasında gərginliyin azaldılması deyil, həm də Yaxın Şərqdə qlobal münaqişənin qarşısının alınması nəzərdə tutulur.

Həmçinin Qərb ölkələrinin Fələstin dövlətini tanıması və ya BMT-yə tam üzvlüyünün verilməsi üçün razılığın alınması gözlənilir.

Ərəb rəsmiləri planı artıq ABŞ və Avropa ölkələri ilə müzakirə ediblər.

 

 

0.013570070266724