NATO “Dayanıqlı müdafiəçi-2024” -
90 min hərbçi cəlb etdi

NATO “Dayanıqlı müdafiəçi-2024” -90 min hərbçi cəlb etdi
 

NATO-nun gələn həftədən başlayacaq “Dayanıqlı müdafiəçi-2024” (Steadfast Defender-2024) adlı irimiqyaslı təlimində 90 min hərbçi iştirak edəcək.

"Paralel.az" xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kristofer Kavoli bu gün Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Qeyd olunur ki, NATO-nun son onilliklərin ən böyük təlimində 90 minə yaxın hərbçi iştirak edəcək. Bildirilir ki, gələn həftə başlayan təlimlər may ayına qədər davam edəcək.

Amerikalı  generalın sözlərinə görə, Alyans Şimali Amerikadan gələn qüvvələrin transatlantik hərəkəti vasitəsilə Avro-Atlantik regionu gücləndirmək qabiliyyətini nümayiş etdirəcək.

Təlim Şimal dənizindən əlavə Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək və Rusiyaya çox bənzəyən Okkasus adlı qondarma düşmənin NATO üzvünə güman edilən hücumundan sonra müharibənin başlamasını simulyasiya edəcək.

Üçüncü Dünya Müharibəsinin başlanmasını simulyasiya edəcək təlimlərdə İsveçdən 40 000 hərbçi iştirak edəcək.

 

 

0.079563140869141