İranın zəifləməsi, bizə ziyandı, ona görə də Tehran... - Petrosyan

İranın zəifləməsi, bizə ziyandı, ona görə də Tehran... - Petrosyan
 

Cənubi Qafqaz, xüsusən də Ermənistan Yaxın Şərqdə baş verən "yanğın qazanına" düşə bilər. 

Paralel.az xəbər verir ki, bunu erməni ekspert Armen Petrosyan deyib.

Onun sözlərinə görə, İran regionda münaqişənin bu qaynar mərhələsində öz ərazisində baş verən terror aktlarına cavab vermək qərarına gələndən vəziyyət daha da mürəkkəbləşib. 

“Geosiyasi və regional mərkəzlər İranın regionda təsirini artırmasının qarşısını almağa çalışır. Hər şey İranı ciddi şəkildə zəiflətməyə yönəlib. Qəzza zolağının ələ keçirilməsi İranın təsirini zəiflətmək deməkdir. Hizbullah uduzsa, eyni şey baş verəcək. Tehranın anti-İsrail zərbələrindən sonra İraq heç vaxt bu yaxınlarda olduğu kimi güclü mövqe nümayiş etdirməmişdi. 

Bütün bunlar bizim maraqlarımıza uyğun deyil, çünki İranın zəifləməsi Türkiyə və Azərbaycanın güclənməsi deməkdir”, - Petrosyan qeyd edib.

 

0.012936115264893