İsveç və Niderland saziş imzaladı

İsveç və Niderland saziş imzaladı
 

İsveçin müdafiə naziri Pol Yonson və Niderlandın İsveçdəki səfiri Benqt van Loosdrext iki ölkə arasında qarşılıqlı qorunma və məxfi məlumatların mübadiləsi (GSA) haqqında saziş imzalayıb.

“Paralel.az” xəbər verir ki, bu barədə İsveç hökumətinin ofisi məlumat yayıb.

“Saziş ölkələrin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımdır və ölkələr arasında paylaşılan məxfi məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır”, - press-relizdə qeyd olunub.

“Biz Niderland ilə müdafiə sahəsində əməkdaşlıqda irəliyə doğru mühüm addım atırıq”, - Yonson deyib.

 

0.012876987457275