Kozlariç: “Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsindən Rusiya və İran faydalanacaqlar”

Kozlariç: “Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsindən Rusiya və İran faydalanacaqlar”
 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç hesab edir ki, bu il Qərblə Azərbaycan arasında münasibətlər yalnız “müxalifətin sıxışdırılması və Bakının Qarabağla bağlı ABŞ və Avropa İttifaqının vasitəçilik səylərini sabotaj etməsi səbəbindən” pisləşəcək.

Bu barədə o, Turan-ın Vaşinqton müxbirilə söhbətində bildirib.

“Rusiya və İran bundan faydalanırlar. İlham Əliyev hesab edir ki, Vaşinqtonun islahatlar və sülhlə bağlı təzyiqinə məhəl qoymaya bilər”, – 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Kozlariç qeyd edib.

Qarabağdan danışan keçmiş səfir bildirib ki, 2024-cü ildə real sülhə doğru heç bir hərəkət görmür. “Fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə və noyabrda keçiriləcək COP29-a qədər heç nə baş verməyəcək. Odur ki, diplomatik proses 2024-cü ilin sonuna yaxın başlaya bilər”, – o deyib.

0.014010906219482