Türkiyəli məşhur aktrisanın qızı olacaq

Türkiyəli məşhur aktrisanın qızı olacaq
 

“Camdakı kız” serialının məşhur aktrisası Burcu Biricik 3,5 aylıq hamilədir.

Türkiyə mediası xəbər verir ki, aktrisanın qızı olacaq.

Nişantaşıda görüntülənən Burcu “Söylemezsem Olmaz”ın müxbirinə müsahibə verib:

"Evdə olmaq, dincəlmək mənə rahatlıq gətirir. Bir müddət evdəyəm, tələsmirəm. Hamiləyəm, körpəmizi gözləyirdik”. 

Aktrisa körpəsinin adının hələlik məlum olmadığını bildirib.

Xatırladaq ki, Burcu Biricik 2016-cı ildə Emre Yetkinlə ailə həyatı qurub. 

 

 

 

0.01318097114563