Fransa Senatında Azərbaycan əleyhinə sənədə etiraz edən senator kimdir?

Fransa Senatında Azərbaycan əleyhinə sənədə etiraz edən senator kimdir?
 

Yanvarın 17-də Azərbaycana qarşı qəbul etdiyi sənədə Senatın 336 üzvü qətnamənin lehinə, yalnız 1 nəfər əleyhinə səs verib.

Paralel.az xəbər verir ki, anti-Azərbaycan sənədinin əleyhinə səs verən Senat üzvü Natali Qule olub.

Natale Qule qərarla bağlı fikirlərini açıqlayaraq bunları qeyd edib:

“Bu qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur, o, sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəlib. Bu sənədin müəllifləri Ermənistanın işğalçılıq siyasətini tamamilə unudublar”.

Qulenin sözlərinə görə, Fransada erməni diasporu zəhərli və çox təhlükəli oyun oynayır.

"Bu, faydasız fəaliyyətdir və sülhə qarşı yönəlib", - senator əlavə edib.

Qeyd edək ki, Natali Qule əslən ərəbmənşəlidir və uzun illərdir ki, Fransada Azərbaycanın mövqeyini dəstəkləyən yeganə franzıs deputatlardan biridir.

 

 

0.015655994415283