Bu şəxslərin maaşlarına əlavənin müddəti artırıldı

Bu şəxslərin maaşlarına əlavənin müddəti artırıldı
 

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.

Ölkə.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu.

0.013419151306152