İslamabaddan Tehrana etiraz: “Məsuliyyət İranın üzərinə düşəcək”

İslamabaddan Tehrana etiraz: “Məsuliyyət İranın üzərinə düşəcək”
 

Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını təqdim edib.

Paralel.az xəbər verir ki, bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib.

“Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun sonuclarına görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – XİN-in sənədində qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub.

 

 

 

0.01262378692627