Sahibkarlarla növbəti görüş Şabran rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Şabran rayonunda keçiriləcək
 

Sahibkarlarla növbəti görüş Şabran rayonunda keçiriləcək

"Paralel.az" xəbər verir ki,  “Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şabran rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 17-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.019794940948486