ABŞ-dən Zelenskiyə tələb: Taktikanı dəyiş, uğursuzsan

ABŞ-dən Zelenskiyə tələb: Taktikanı dəyiş, uğursuzsan
 

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Davos forumu çərçivəsində Ukrayna lideri Volodimir Zelenskiyə Kiyevin hərbi strategiyasını hücumdan müdafiəyə dəyişmək zərurəti ilə bağlı mesaj verəcək. 

Bu barədə “Bloomberg” yazır.

"Zelenski bunun nə üçün məntiqli olduğunu başa düşür, baxmayaraq ki, bunu eşitmək və ya bu barədə ictimaiyyətə danışmaq istəmir", - nəşr yazır.

Ukrayna prezidenti də öz növbəsində Sallivan vasitəsilə amerikalı həmkarı Co Baydenə və ABŞ Konqresinə mesaj vermək niyyətindədir ki, Kiyev yalnız Vaşinqton və onun müttəfiqləri lazımi dəstəyi göstərməyə davam edərsə, özünü müdafiə edə bilər.

“Ukraynanın əks-hücum əməliyyatı uğursuz oldu və bu, Vaşinqtonu məyus etdi. Bundan sonra Ağ Ev Kiyevi fərqli taktikalara əl atmağa məcbur edir", - “Bloomberg” yazır.

 

 

0.095780849456787