“Azersun Holding”in bankının qazancı azalıb

“Azersun Holding”in bankının qazancı azalıb
 

“Azərbaycan Sənaye Bankı” ASC-nin 2023-cü ilin yekunları üzrə maliyyə vəziyyəti məlum olub.

Sözügedən dövrə bankın cəmi aktivləri 749,249 mln manat təşkil edib. Bu isə ötən ilin yekunu ilə müqayisədə 0,2% çoxdur.

Müştərilərə verilən kreditlərin həcmi isə illik müqayisədə 6,1% artaraq 256,472 mln manat olub.

Ötən ilin dekabrın 31-nə depozit portfelinin həcmi 458,647 mln manat olub ki, bu da 2% artım deməkdir. Bankın cəmi öhdəlikləri ötən ilin əvvəli ilə müqayisədə 0,4% azalaraq 634,928 mln manat təşkil edib. 

“ASB Bank”ın cəmi kapitalı isə 3,9% artaraq 114,320 mln manata çatıb.

Ötən ilin yanvar-dekabr ayları üzrə bankın xalis faiz gəlirləri 16,096 mln manat, xalis qeyri-faiz xərcləri isə 9,847 mln manat təşkil edib. Əməliyyat mənfəəti 6,249 mln manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalarını 179,8 min manat azaldıb. Mənfəətindən 1,310 mln manat vergi ödəyən bank 2023-cü ili 5,119 mln manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, 2022-ci ilin yekunu ilə müqayisədə “ASB Bank”ın xalis mənfəətində 3,2% azalma müşahidə olunub.

Xatırladaq ki, bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Könül
Ölkə.az

 

0.014415979385376