Ödənişli yolda baş verən ölümlər:  Hərəkətə keçməlidirlər - AÇIQLAMA

Ödənişli yolda baş verən ölümlər:  Hərəkətə keçməlidirlər - AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralın Şabrandan keçən hissəsində ölümlə nəticələnən avtoqəza baş verib.

Hadisə nəticəsində 26 yaşlı Cəfər Həsənov vəfat edib.

Təəssüf ki, bu hadisə sözügedən yolda ölümlə nəticələnən ilk qəza hadisəsi deyil. Ötən ilin noyabrında da sözügedən yolda baş verən qəza nəticəsində 2 nəfər dünyasını dəyişmişdi.

Bu da ödənişli yolda təhlükəsizlik məsələsini gündəmə gətirib.

Mövzu ilə bağlı danışan yol-nəqliyyat eksperti Eldəniz Cəfərov 3 məqama diqqət çəkib. 

"İlk növbədə həmin magistral yol işıqlandırılmalıdır. Təəssüf ki, həmin yolda işıqlandırılma yoxdur və yaxud da qismən var. Bu da, əlbəttə, sutkanın qaranlıq saatlarında qəza riskini artırır. Qəza olan zaman da opertiv nəqliyyat vasitələrinin - məsələn, təcili tibbi yardım avtomobilinin də oraya gəlib çatması problematik olur. Həmin yolda avtomobil təmiri, təcili yardımla bağlı hər hansı bir köşk də mövcud deyil. Ona görə də düşünürəm ki, bu məsələlərə də xüsusi diqqət yetirilməlidir. 

Buradan belə bir sual meydana çıxır: nəyə görə bu magistral yol işıqlandırılmayıb? Düşünürəm ki, müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidirlər. Nə qədər ki bu yol işıqlandırılmayıb, yolda konkret sürət həddi təyin edilməyib, əlbəttə, qəzalar qaçılmaz olacaq",- deyə o söyləyib. 

Ekspert əlavə edib ki, digər bir məsələ isə qar yağan zaman yolun qardan təmizlənməsi məsələsidir: "Bu da həyata keçirilməli idi ki, qəza riski azalsın".

 

 

0.018208026885986