Seçkilərdə kimlər səs verə bilməzlər?

Seçkilərdə kimlər səs verə bilməzlər?
 

"Fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Elvin Əliyev deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi bu qrup şəxslərin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsidir: "Məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunmayan şəxslər, hətta ruhi xəstə olmasına baxmayaraq seçmək hüququndan məhrum olmur".

Vəkil bildirib ki, qeyd edilən hallardan başqa digər hallarda vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

0.016426801681519