“Unibank”ın riskli aktivləri artıb - RƏQƏMLƏR

“Unibank”ın riskli aktivləri artıb - RƏQƏMLƏR
 

“Unibank” ASC 2023-cü ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Sözügedən dövrə bankın cəmi aktivləri 1 590,659 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 17,8% artaraq 1 047,741 mln manat təşkil edib.

ÖHDƏLİKLƏRİ ARTIB

2022-ci ilin son rübünün yekunları ilə müqayisədə bankın depozit portfeli 22,8% artaraq 1 001,258 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 8,6% artaraq ötən ilin dekabrın 31-ə 1 441,830 mln manat təşkil edib.

Səhmdar kapitalı 138,200 mln manat, yığılmış zərəri 2,103 mln manat olan “Unibank”ın cəmi kapitalı 148,830 mln manat təşkil edib. Bu isə illik müqayisədə 31,2% çoxdur.

2023-cü ilin son rübünün yekununda bankın xalis faiz gəlirləri 133,031 mln manat, xalis qeyri-faiz xərcləri isə 57,934 mln manat təşkil edib.

RİSKLİ AKTİVLƏRİ ARTIB

Əməliyyatlarını 75,097 mln manat mənfəətlə icra edən bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını illik müqayisədə 42,5% artıraraq 33,591 mln manata çatdırıb. Bu da bankın riskli aktivlərinin artımından xəbər verir.

Mənfəətindən 8,576 mln manat vergi ödəyən bank ötən ili 32,931 mln manat xalis mənfəətlə başa vurub.

Könül
Ölkə.Az

 

0.015929937362671