Azərbaycan Gürcüstana 16 ceyran bağışlayıb?

Azərbaycan Gürcüstana 16 ceyran bağışlayıb?
 

Azərbaycan Gürcüstana 16 ceyran hədiyyə edib.

Qafqazinfo xəbər verir ki, bu barədə qonşu ölkənin Mühafizə Olunan Ərazilər Agentliyi məlumat yayıb. Bildirilib ki, ceyranlar Samuxi qoruq ərazisinə buraxılıb.

Agentliyin fikrincə, bu tədbir Gürcüstanda ceyranların populyasiyasının tam bərpası üçün irəliyə doğru addım olacaq.

Hazırda Samuxi qoruq ərazisindəki ceyranların sayı 300-ə çatır.

Azərbaycan Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev isə Oxu.Az-a bildirib ki, sözügedən 16 ceyran qarşı tərəfə bağışlanmayıblar, onlar təbii yolla Gürcüstana keçiblər:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ilboyu müxtəlif heyvanların populyasiyasının artırılması məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində heyvanların təbiətə buraxılması tədbirləri həyata keçirilir. Bu tədbirlərdən ən üstün nəticə verənlərdən biri də ceyran populyasiyasının artırılması üçün keçirdiyimiz tədbirlərdir. Sonuncu belə tədbir Samux rayonu ərazisində həyata keçirilib. Sözügedən ərazinin seçilməsi təsadüfi deyil. Vaxtilə ceyran populyasiyası burada geniş yayılıb. Bu ərazilərin bir istiqaməti Gürcüstan dövləti ilə həmsərhəddir. Hansısa maneələr olmadığı üçün həmin ceyranlar Gürcüstan ərazisində müşahidə olunurlar. Bu, həmin ceyranların Gürcüstana bağışlanması kimi başa düşülməməlidir. Qarşı tərəfdə də Gürcüstanın qoruğu var. Ona görə də həmin ərazi ceyranların inkişafı üçün uyğundur”.

 

0.016725063323975