Pentaqon: Nazir Yəməndəki əməliyyata xəstəxanadan rəhbərlik edib

Pentaqon: Nazir Yəməndəki əməliyyata xəstəxanadan rəhbərlik edib
 

"ABŞ müdafiə naziri Lloyd Ostin xəstəxanada qalır və vəzifəsini yerinə yetirməyə davam edir.   ABŞ-nin Yəməndəki hədəflərə hücum əmrini də məhz nazir özü əmr verib".

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

Pentaqon sözçüsünün sözlərinə görə, Ostin xəstəxanada olmasına baxmayaraq nazirliyin yüksək çinli personalı ilə əlaqə saxlayır və lazımi təhlükəsiz kommunikasiya vasitələrinə tam çıxışı var. O həmçinin nazirliyinin gündəlik fəaliyyətinə nəzarəti davam etdirir. 

Rayder onu da əlavə edib ki, Pentaqonun rəhbəri Yəmənə hücumlar zamanı təhlükəsiz kommunikasiya vasitələrindən istifadə etməklə ABŞ ordusunun əməliyyatını izləyib. 

Qeyd edək ki, verilən xəbərə görə, Pentaqon rəhbəri xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün xəstəxanada müalicə alır. 70 yaşlı nazir  Lloyd Ostinin  xəsətəxanaya yerləşdirilməsi barədə vaxtında Ağ Evə məlumat verilməməsi ciddi qalmaqala səbəb olub. O hətta 4 gün reanimasiyada qalıb. Pentaqon nazirin xəstəxanaya yerləşdirilməsi barədə vaxtında məlumat vermədiyi üçün Ağ Ev araşdırma aparacaq. 

0.01612401008606