Ağ Ev də Kiyevlə təhlükəsizlik zəmanəti haqqında saziş imzalayacaq - Səfir

Ağ Ev də Kiyevlə təhlükəsizlik zəmanəti haqqında saziş imzalayacaq - Səfir
 

ABŞ də Ukrayna ilə Böyük Britaniya arasında   təhlükəsizlik zəmanəti barədə imzalanmış müqaviləyə bənzər bir sazişi Kiyevlə imzalamaq niyyətindədir və artıq bu istiqamətdə danışıqlar aparılır. 

Bunu ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden şəxsən diplomatların qarşısında Ukrayna ilə belə bir razılaşma əldə etmək vəzifəsini qoyub. 

Ağ Ev hesab edir ki, bu, gələcəkdə Ukraynaya qarşı yeni təcavüzün qarşısını alacaq.

"Biz artıq hökumətinizlə, Prezident Aparatı ilə, dövlət qurumları ilə ikitərəfli məsləhətləşmələrə başlamışıq və onlarla bizim tərəfimizdən təhlükəsizliklə bağlı hansı öhdəliklərin ola biləcəyini müzakirə edirik. İndiyədək iki raund danışıqlar olub və danışıqlar davam etdiriləcək. Bayden administrasiyası bu razılaşmaya sadiqdir ", - deyə səfir bildirib.

Onu da qeyd edib ki, ABŞ Ukraynanın NATO-ya üzvlük perspektivini dəstəkləyir və saziş Kiyevin alyansa gedən yolunda “təhlükəsizlik körpüsü”nə çevrilməlidir.

 

 

0.010580062866211