Pentaqon: Husiləri bu raketlərlə vurduq

Pentaqon: Husiləri bu raketlərlə vurduq
 

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika ordusu bu gecə Yəməndə husilərin radar stansiyasına hava zərbələri endirib.

Zərbələr  “Tomahawk” qanadlı raketlərindən istifadə etməklə USS Carney (DDG-64) esminesi tərəfindən həyata keçirilib. 

Paralel.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığın X sosial şəbəkəsində məlumat verilib. 

Komandanlığın məlumatına görə, radarlara zərbələr husilərin Qırmızı dənizdə gəmiçiliyə hücum etmək qabiliyyətini pozmaq üçün lazımdır. 

 

0.031542062759399