İraqda Türkiyənin altı hərbçisi şəhid olub - YENİLƏNİB

İraqda Türkiyənin altı hərbçisi şəhid olub - YENİLƏNİB
 

Türkiyə ordusunun İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən biri şəhid olub.

APA xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***

Türkiyə ordusunun beş əsgəri şəhid olub.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 əsgər yaralanıb.

Rəsmi məlumata görə, bu gün "Pence-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 türkiyəli əsgər şəhid olub.

Yaralılar xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.

 

0.01334810256958