Putinin qızının ilk dəfə verdiyi müsahibə əks-səda doğurdu - VİDEO

Putinin qızının ilk dəfə verdiyi müsahibə əks-səda doğurdu - VİDEO
 

42 dəqiqəlik müsahibə zamanı Mariya atası Putin və onunla münasibətləri barədə bir kəlmə də olsun danışmayıb. 

Vorontsova ancaq hobbilərindən və boş vaxtlarını necə keçirdiyindən söhbət açıb. 

İdman həvəskarı olduğunu qeyd edən Mariya həftədə ən azı bir neçə saatını sağlam həyat tərzinə və idmana ayırdığını vurğulayıb. "Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir. Rəsm əsərləri, muzeylər, teatrlar, musiqi”, - o qeyd edib.

O eyni zamanda əlavə edib ki, köhnə fikir daşıcısı olduğundan klassikaya daha çox üstünlük verir.

Öz arzusuna gəldikdə isə Mariya deyib ki, ilk növbədə insan özünü tanımalıdır.

Mürtəza
Ölkə.Az

 

0.012891054153442