Yəməndə ölənlərin sayı açıqlandı: 5 nəfər həlak olub

Yəməndə ölənlərin sayı açıqlandı: 5 nəfər həlak olub
 

ABŞ və İngiltərənin Yəmənə hücmu nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

“Haberler.com” xəbər verir ki, bu barədə İran dəstəkli husilər məlumat verib.

Həmçinin Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziya kanalına açıqlama verib.

"ABŞ və Böyük Britaniya Yəmənə qarşı 73 hücum təşkil edib. Hücumlarda paytaxt Səna, Hudeydə, Taiz, Həccə və Səda vilayətləri hədəf alınıb”.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya ordusu Husilərin Qırmızı dənizdəki hücumlarını əsas gətirərək Yəmənə qurudan və dənizdən hücum ediblər.

 

 

 

0.075340032577515