Rezonans doğuran milyarderin ölümü ilə bağlı ŞOK İDDİS

Rezonans doğuran milyarderin ölümü ilə bağlı ŞOK İDDİS
 

ABŞ-də pedofiliya və insan alveri şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunduğua zaman həbsxanada ölü tapılan Cefri Epşteyn işi ilə bağlı beşinci və son sənədlər açıqlanıb. 

Epşteynin qardaşı susqunluğunu pozaraq diqqəti çəkən açıqlamalar verib.

Belə ki, o, Epşteynin öldürüldüyünü iddia edir.

“Qardaşım çoxlu səhvlər edib, amma intihar etməmək üçün onun da çoxlu səbəbləri var idi”, - deyə o bildirib.

O, Cefrinin ölümü ilə bağlı istintaqın düzgün aparılmadığını söyləyib. Həmçinin ABŞ-nin keçmiş baş prokuroru Uilyam Barrı ört-basdır etməkdə ittiham edib.

Mark Epşteyn soruşub: "Uilyam Barr kimi müdafiə edirdi?". O iddia edib ki, Cefri sabiq prezident Donald Tramp və keçmiş dövlət katibi Hillari Klintonla bağlı bəzi “çirkli məlumatları” üzə çıxarıb.

Lakin o, bunların təfərrüatlarını ona açıqlamadığını bildirib.

Qeyd edək ki, amerikalı iş adamı Cefri Epşteyn 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılıb.

 

 

0.023289918899536