Daha bir general vəzifəsindən azad olundu?

Daha bir general vəzifəsindən azad olundu?
 

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli hərbçiləri istefaya və ehtiyata göndərilib.

Bizim.Media yazır ki, general-leytenant Heydər Piriyev də tutduğu vəzifəsindən azad olunub.

H.Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsini icra edirdi. O, 2022-ci ilin iyun ayında bu vəzifəyə təyin edilmişdi.

Ölkə.Az xatırladır ki, bundan öncə general-leytenant Ənvər Əfəndiyevin ehtiyata buraxıldığı bildirilib.

General-leytenant Hikmət Mirzəyev isə müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

0.020627021789551