Türkiyəli qadın ərinin ölümündən sonra şəbəkəyə liderlik edibmiş - Əməliyyat

Türkiyəli qadın ərinin ölümündən sonra şəbəkəyə liderlik edibmiş - Əməliyyat
 

Hindistanın Benqaluru şəhərində Türkiyə vətəndaşı qadının rəhbərlik etdiyi əxlaqsızlıqla məşğul olan şəbəkəyə qarşı əməliyyat keçirilib. 

Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı dəstə üzvləri saxlanılıb.

Onlar Qazaxıstan, Özbəkistan, Banqladeş, Türkiyə və digər ölkələrdən olan qadınları Hindistanda satışa çıxarıblar.

40 yaşlı dəstə lideri Bioinyaz Svami Qovda Türkiyədə doğulub. O, 15 il əvvəl Hindistana gəlib və ərinin ölümündən sonra dəstəyə başçılıq edib. Şəbəkənin sosial media platformaları vasitəsilə müştərilərlə əlaqə saxladığı bildirilib.

 

0.017742156982422