Latviya Prezidenti Ukraynaya yeni yardım paketini açıqlayıb

Latviya Prezidenti Ukraynaya yeni yardım paketini açıqlayıb
 

Latviya Ukrayna üçün haubitsalar, artilleriya sursatları, tank əleyhinə silahlar və zenit sistemlərindən ibarət növbəti hərbi yardım paketini hazırlayıb.

Paralel.az xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs Riqaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.
Rinkeviçs qeyd edib ki, paket Ukrayna müdafiə qüvvələrinin cari ehtiyacları əsasında formalaşıb.

Buraya özüyeriyən haubitsalar, artilleriya sistemləri üçün döyüş sursatı, tank və zenit sistemləri və onlar üçün döyüş sursatları, yolsuzluq avtomobilləri, pilotsuz uçuş aparatları, rabitə vasitələri, generatorlar, qış geyimləri və s. daxildir.

Bundan əlavə, Rinkeviçsin sözlərinə görə, Latviya 2024-cü il ərzində 3000 Ukrayna hərbçisinə təlim keçməyi planlaşdırır və Ukrayna hərbçiləri və sərhədçiləri üçün reabilitasiya layihələrini davam etdirəcək.

 

0.086129903793335