Turizm sahəsi qeyri-neft sektorunda mühüm sahəyə çevrilib - Göydəniz Qəhrəmanov

Turizm sahəsi qeyri-neft sektorunda mühüm sahəyə çevrilib - Göydəniz Qəhrəmanov
 

2023-cü ili turizmin inkişafı baxımdan uğurlu il hesab etmək olar.

Bunu Azərbaycan Turizm  Agentlikləri Assosiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənayesi Subyektlərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yürüdülən məqsədyönlü siyasət nəticəsində turizm sahəsi qeyri-neft sektorunda mühüm sahəyə çevrilib. 

"Turizm bu gün istər ölkədə biznes mühitinin formalaşması, istərsə də məşğulluq sahəsində  xüsusi rol oynayır", - o qeyd edib.

Əlavə edib ki, ölkədə turizmin uğurlu inkişafının bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Bu siyasətin nəticəsində ölkədə biznes infrastrukturu formalaşıb. 
Əminliklə deyə bilərik ki, Ulu öndərin yürüdüyü uğurlu siyasət cənab Prezident tərəfindən də uğurla davam etdirilib".

Qəhrəmanov bildirib ki, bu il Azərbaycan turizm baxımdan mötəbər tədbir olan COP29-a ev sahibliyi edəcək: "Bu toplantı Azərbaycanın beynəlxalq aləmdə tanınması baxımından mühüm olduğundan biz bu tədbirin ən yüksək səviyyədə keçirilməsinə öz töhfəmizi verməyə hazır olmalıyıq".

G.Qəhrəmanov onu da deyib ki, Azərbaycan turizmi son 20 ildə Prezident İlham Əliyevin  yürütdüyü məqsədyönlü siyasət nəticəsində inkişaf edərək qlobal turizm sektoruna inteqrasiya olunmaqdadır.

 

 

0.034170866012573