Qazla işləyən məişət mətbəx cihazlarına dair dövlət standartı qəbul edilib

Qazla işləyən məişət mətbəx cihazlarına dair dövlət standartı qəbul edilib
 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS EN 30-2-2:2023 “Qazla işləyən məişət mətbəx cihazları – Hissə 2-2: Enerjidən səmərəli istifadə - Məcburi konveksiya sobalara və/və ya qrillərə malik cihazlar” yeni dövlət standartını qəbul edib.

Bu barədə AZSTAND bildirib.

Məlumata görə, yeni standart yanar qazlardan istifadə edən məcburi konveksiya sobaları və ya qrilləri olan qaz bişirmə cihazlarının enerji səmərəliliyinə dair tələbləri və sınaq üsullarını müəyyən edir.

Standart layihəsi rəy və təkliflərin bildirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə rəsmi qaydada razılaşdırılıb.

 

0.0098989009857178