Prezidentliyə namizədliyi qeydə alınanların sayı 7 nəfər oldu

Prezidentliyə namizədliyi qeydə alınanların sayı 7 nəfər oldu
 

Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Paralel.az MSK- nın saytına istinadla bildirir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. Məsələ barədə qurumun katibi Arifə Muxtarova məlumat verib. Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb. MSK tərəfindən bundan əvvəl İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə növbədənkənar prezident seçkilərində iştirak üçün 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmişdi.

0.01648998260498