Perinatal Mərkəzdə yanğına görə səbəbkarları neçə il həbs gözləyir?

Perinatal Mərkəzdə yanğına görə səbəbkarları neçə il həbs gözləyir?
 

espublika Perinatal Mərkəzdə baş vermiş yanğında 4 körpə həyatını itirib, bir neçə şəxsin isə xəsarət aldığı bildirilir.

Maraqlıdır, baş verən hadisəyə görə kimlər məsuliyyətə cəlb oluna bilər?

Paralel.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, burada 225.3-cü maddə ilə cinayət işi başladıla bilər.

Onun sözlərinə görə, günahkar şəxslər üçün 5 ildən 10 ilə qədər cəza nəzərdə tutulur:

“Cinayətə səbəb olanlar istintaq tərəfindən müəyyən olunacaq. Hər halda bunu Baş Prokurorluq yanında İstintaq İdarəsi aparacaq. Araşdırmalar yekunlaşdıqdan sonra məsuliyyətə cəlb olunmalı şəxslər saxlanılacaqlar. Burada cinayəti “ört-basdır” etmək mümkün olmayacaq”.

 

Mehman Muradlı

M.Muradlı bu işdə elektrik naqillərinin çəkilməsindən tutmuş, ona xidmət göstərən, mühafizəsini təmin edən şəxslərə kimi hər kəsin məsuliyyət daşıdığını bildirib:

“Şəhərin mərkəzində yerləşən böyük bir tibb müəssisəsində yanğın baş verir və söndürülməsi gec çəkir. Nəzərə alaq ki, orada söhbət körpə uşaqlardan gedir. Ona görə də kimlərinsə məsuliyyətdən yayına biləcəyinə inanmıram. Hər hansı bir formada işin gizlədilməsi qeyri-mümkündür”.

0.020220041275024