"Ət, meyvə, tərəvəz və çərəzlər bahalaşacaq" - ekspert açıqlaması 

 

"Azərbaycanda bəzi məhsulların qiymətində artım müşahidə olunur. Ət, meyvə, tərəvəz və çərəzlər bahalaşacaq".

"Paralel.az" xəbər verir ki, bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, rəqabətli bazarda dövriyyə artanda qiymətlər aşağı enir, inhisarçı bazarda isə dövriyyə artanda qiymət bahalaşır.

"Azərbaycan bazarının da inhisarçı bazar olduğunu vurğulayan sədr söyləyib ki, məhsulların dövriyyəsi artdıqda dərhal inhisarçılar qiymətləri artırırlar. Çünki inhisarçı sahibkarın rəqibi yoxdur. Ona görə də qarşıdakı aylarda ət, meyvə, tərəvəz, çərəzlər bahalaşacaq. Hazırda bazarda qabıqlı qozun qiyməti 7-10 manat, fındığın qiyməti 6-8 manat, badamın qiyməti isə 10 manatın üzərindədir. Novruz bayramı ərəfəsində həmin çərəz məhsulları yenidən bahalaşacaq. Amma ümumilikdə götürdükdə, ehtimal olunur ki, ötən ilə nisbətən carı ildə infilyasiya bir qədər səngiyəcək. Bu, həm xarici amillərin, həm də bir sıra daxili amillərin təsiri altında baş verəcək".

 

 

0.029908180236816