Doğuşdan sonra ayrılan əkizlərin heyrətamiz hekayəsi

Doğuşdan sonra ayrılan əkizlərin heyrətamiz hekayəsi
 

Əkizlər eyni adlı həyat yoldaşlarından boşandıqdan sonra, eyni ada sahib yeni arvadlar tapıblar. Doğuşdan dərhal sonra bir-birindən ayrılan əkizlər, 39 yaşlarına qədər bir-birlərindən xəbərsiz olsalar da, həyatlarının heyrətamiz dərəcədə oxşar olduğunu öyrəniblər.

Paralel.az “Daily Star”a istinadən bu maraqlı hekayəni təqdim edir:

Jim Lyuis və Jim Springer 1940-cı ildə anadan olublar. Onlar ABŞ-ın Minnesota ştatında bir-birindən 65 km uzaqlıqda böyüyüblər. Lyuis əkizindən ayrıldığını bilirdi. Ancaq Springerə isə qardaşının doğuş zamanı öldüyü deyilmişdi.

Əkizlər 1979-cu ildə Lyuis qardaşının əlaqə məlumatlarını tapanda tanış olublar. Bu zaman məlum olub ki, hər iki şəxs Linda adlı qadınlarla evlidirlər. İş baxımından oxşar sahədə çalışırlar. “Chevrolet” markalı avtomobilə sahibdirlər və hər ikisinin itlərinin adı Toydur. 

Əkizlərin Larri adlı ayrı qardaşları, oxşar maraqları, imlaya qarşı nifrətləri, riyaziyyat fənninə sevgiləri var idi. Ən maraqlısı odur ki, onlar Linda adlı həyat yoldaşlarından boşandıqdan sonra Betti adlı qadınlarla evləniblər. Hər ikisinin də Ceyms Alan adlı oğulları olub.

Özlərini siqaret çəkən, miqren xəstələri və təhlükəsizlik işçiləri (Lyuis mühafizəçi, Springer isə şerifin müavini idi) görən qardaşlar Minnesota Universitetində həkim Tomas Buşardın tədqiqatında iştirak ediblər.

Onlar üzərində şəxsiyyət testləri aparılıb. Tibbi tarixləri paylaşılıb və beyin dalğaları müqayisə edilərək oxşar nəticələr əldə olunub. Hətta onlardan nə isə rəsm çəkmək istəniləndə, onların çəkdikləri rəsmlər də demək olar ki, eyni olub. Bu da həkimləri heyrətə gətirib. 

0.020455121994019