Şimali Koreya liderinin bacısı Seulu hədələdi

Şimali Koreya liderinin bacısı Seulu hədələdi
 

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Cənubi Koreyanı odla oynamaqda ittiham edib.

Bu barədə məlumatı Rusiya KİV-i yayıb.

Məlumata görə, Kim Yo Çjon deyib ki, Cənubi Koreya ordusunun hərəkətləri və əsassız bəyanatları yalnız Seul üçün odla vəftiz və ani ölümlə nəticələnəcək, düzəlməz fəlakətlər gətirər.

"İndi düşünün, bu səriştəsiz hərbi quldurların səhv hesablamaları, əsassız ehtimalları ucbatından gözlənilməz bir hadisə baş verərsə, 10 milyondan çox əhalisi olan Seul hansı təhlükə ilə üzləşə bilər?”, Kim Yo Çjon vurğulayıb.

Qeyd edək ki, Kim Yo Çjon dünyanın ən təhlükəli qadın siyasətçilərindən biri sayılır. O, Cənubi Koreya və ABŞ liderləri ilə görüşlərdə iştirak edib.

Kim Yo Çjon qardaşından sonra ölkəsinin ən güclü adamı kimi tanınır. O, ABŞ-ni BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanı ballistik raketləri ilə bağlı tənqid etməsinə etiraz etmişdi. Kim Yo Çjon Ağ evə "daha ciddi təhlükəsizlik böhranı ilə üzləşə biləcəyi" xəbərdarlığını edərək bunu ikili standart kimi qiymətləndirdiklərini bildirmişdi.

Xatırladaq ki, son günlər Şimali Koreya və Cənubi Koreya arasında təlim adı altında artilleriya atəşi açılır.

 

0.01274299621582