KİV: Ukrayna ucuz PUA-lara üstünlük verir

KİV: Ukrayna ucuz PUA-lara üstünlük verir
 

Qərbin maliyyə yardımının getdikcə azalması Ukraynanı daha ucuz dronlara üstünlük verməsinə səbəb olub.

Bu barədə “The Times” məlumat yayıb.

"FPV" pilotsuz təyyarə layihəsinin koordinatoru Boqdan Danilov bildirib ki, son zamanlar belə texnikalara tələb çox artıb.

Bildirilib ki, Ukraynanın yeni hərbi taktikası Qərbin qətiyyətsizliyinə cavabdır.

Nəşr qeyd edir ki, Kiyev gələcəkdə "FPV" dronları üçün bütün komponentləri ölkə daxilində istehsal etməyi planlaşdırır.

Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu il Ukraynada bir milyon dron istehsal olunacaq.

 

0.016049146652222