"Həmas İranın əsas törəməsidir və məhv edilməlidir" - Netanyahu

 

Oktyabrın 7-də HƏMAS-ın hücumuna İsrailin yeganə cavabı onun tamamilə məhv edilməsidir.

APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Jerusalem Post” qəzetində dərc olunan məqaləsində “Həmas İranın əsas törəməsidir və məhv edilməlidir. Bu məqsədə çatmaq üçün HƏMAS-ın hərbi imkanlarını aradan qaldırmaq, Qəzzada siyasi hakimiyyətinə son qoymaq və girovları azad etmək lazımdır”, - Netanyahu bildirib.

Eyni zamanda Netanyahu ABŞ, Fransa, Almaniya və bir çox başqa dövlətlərin bu işdə İsraili dəstəklədiyinə diqqət çəkib.

Netanyahu xatırladıb ki, Həmas liderləri hücumu təkrarlamağa hazırdır və hətta bunu edəcəklərinə söz veriblər. Ona görə də onların məhv edilməsi “dəhşətli vəhşiliklərin” qarşısını almaq üçün yeganə düzgün həll yoludur”, - o vurğulayıb.

0.025031089782715