Maradona ölümündən 3 il sonra bu ittihama görə BƏRAƏT ALDI

Maradona ölümündən 3 il sonra bu ittihama görə BƏRAƏT ALDI
 

İtaliyanın ali məhkəməsi dünya futbolunun əfsanəsi Dieqo Maradonanı vergidən yayınma ittihamından azad edib və argentinalı ilə vergi orqanları arasında 30 illik məhkəmə çəkişməsinə son qoyub.

"Paralel.az" xəbər verir ki, Roma Kassasiya Məhkəməsi 2018-ci il hökmünü ləğv edib.

Maradona 1985-1990-cı illər arasında imic hüquqlarından istifadə üçün “Napoli”dən ödənişlər alarkən hüquqi xərclərdən yayınmaq üçün Lixtenşteyndəki etibarlı şirkətlərdən istifadə etməkdə ittiham olunurdu.

İstintaq 90-cı illərin əvvəllərində başlayıb, 1986-cı il dünya çempionu 37 milyon avronu gizlətməkdə günahlandırılıb. Maradonanın İtaliyaya səfərləri zamanı polis vergi borclarını ödəmək üçün dəfələrlə onun əmlakını müsadirə edib.

“Bitdi və mən açıq şəkildə deyə bilərəm ki, Maradona heç vaxt vergi ödəməkdən yayınmayıb. Artıq vərəsələrin dəymiş ziyanı tələb etmək hüququ var. Ümid edirəm ki, onlar bundan istifadə edəcəklər”, – argentinalının vəkili Angelo Pisani “Reuters”ə bildirib.

Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib.(Publika.az)

 

0.019371032714844