Yaponiyada qeyri-adi zəlzələ baş verib

Yaponiyada qeyri-adi zəlzələ baş verib
 

Yaponiyanın mərkəzi bölgəsində ziddiyyətli xüsusiyyətlərə malik qeyri-adi zəlzələ baş verib.

 Zəlzələnin maqnitudası 4,4 olub - bu, orta ölçülü afterşoklar üçün tipik göstəricidir.

Lakin seysmik intensivliyin səviyyəsi Yaponiya şkalası üzrə altı olub ki, bu da adətən altı baldan yuxarı güclü zəlzələyə uyğun gəlir. Eyni zamanda hadisə yerində olan şahidlər orada güclü təkanların hiss olunmadığını vurğulayıblar. İstisna olunmur ki, məlumatların uyğunsuzluğu seysmoloqların avadanlıqlarında hansısa nasazlıqla bağlı ola bilər.

Qeyd edək ki, bu həftə Yaponiya Meteorologiya Agentliyi bir dəfə səhvən yeni güclü zəlzələ barədə elan edib - elə həmin günün axşam saatlarında ölkənin mərkəzi hissəsini ilk güclü təkanlar silkələdiyi zaman seysmoloqlar maqnitudası yeddidən yuxarı olan afterşok barədə xəbərdarlıq ediblər. Bir neçə dəqiqə sonra Meteorologiya İdarəsi verilmiş məlumatları dəyişdirib və mesajın səhvən verildiyini vurğulayaraq üzr istəyib.
Xatıreladaq ki, oxşar hadisələr əvvəllər də baş verib - bu çox vaxt seysmik aktivliyə nəzarət sistemlərinin işindəki nasazlıqlarla izah olunub.

 

0.14364194869995