Varlıların ortaq cəhətləri...

Varlıların ortaq cəhətləri...
 

Var-dövlət bəzən ailədən gələn miras olsa da, çox vaxt böyük zəhmət nəticəsində əldə edilir. Ancaq səylə yanaşı, bəzi xüsusiyyətlər də zənginliyə qapı aça bilər.

"Paralel.az" Daily Mail-ə istinadən xəbər verir ki, Coupon Follow saytının maliyyə mütəxəssisləri Bloomberg-in Top 500 milyarder siyahısındakı məlumatlara baxıblar. Milyarderləri ortaq cəhətləri tapmaq üçün mütəxəssislər hər bir insanın biznes və doğum tarixini araşdırıblar.

Yeni araşdırma dünyanın ən zəngin 500 milyarderinin 4 faizinin ortaq cəhətlərinin olduğunu ortaya çıxarıb.

Araşdırmalara görə, dünyanın ən zəngin 500 adamından 19-nun noyabrın 30-da doğulduğu məlum olub. 13 nəfər isə 1 yanvarda dünyaya göz açıb. Oktyabr ayında isə 45 milyarder doğulub.

 

0.019061088562012