Ərdoğan Zelenski ilə nəyi müzakirə edib?

Ərdoğan Zelenski ilə nəyi müzakirə edib?
 

“Türkiyənin vasitəçiliyi çox vacibdir”

“Çox dolğun söhbətimiz oldu. Həmişə olduğu kimi, biz həftənin hər günündən beynəlxalq fəaliyyətimizi intensivləşdirmək üçün istifadə edirik”.

Paralel.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra deyib.

Eyni zamanda, Ukrayna Prezidenti bir çox sahələrdə, o cümlədən müdafiə sahəsində ikitərəfli əməkdaşlığın əldə olunmuş səviyyəsinə görə türkiyəli həmkarına minnətdarlığını bildirib və qeyd edib ki, regionda, Qara dənizdə və qlobal miqyasda ərzaq təhlükəsizliyi Ukrayna-Türkiyə əməkdaşlığından asılıdır.

Tərəflər həmçinin, Ukraynanın Sülh Formulunu müzakirə ediblər. Zelenski Türkiyəni bu mövzuyla bağlı yanvar ayında Davosda keçiriləcək görüşə dəvət edib: "Hər bir ölkə, indi məsləhətçilərin, sonradan isə liderlərin birgə işdə iştirakı ilə beynəlxalq hüququn işləməsinin nə qədər vacib olduğunu nümayiş etdirəcək. Beynəlxalq hüquq yüz faiz işləməlidir - BMT Nizamnaməsindən tutmuş, dövlətlərə hörmət və dövlətlərin ərazi bütövlüyünə zəmanət verən bütün digər normalara qədər”.

Eyni zamanda, hər iki ölkə prezidentləri Ukraynaya qarşı işğalçılıq müharibəsində bütün əsirlərin və deportasiya olunanların geri qaytarılması məsələsinə xüsusi diqqət yetiriblər. Zelenski bununla bağlı deyib: “Rusiyalılar tərəfindən girov götürülən ukraynalı uşaqların, işğal olunmuş ərazilərdə, xüsusilə Krımda əsirlərin və repressiyalara məruz qalan bütün şəxslərin geri qaytarılmasında Türkiyənin vasitəçiliyi çox vacibdir. Belə ki, həm Krım tatarlarını, həm də bütün digərlərini - yaşlıları və uşaqları, əsgərləri və rus əsarətində saxlanılan dinc sakinləri azad etmək mümkündür".

Şahnaz

Paralel.az  

0.016963005065918