“Saki aerodromunu vurmuşuq” - Ukrayna təsdiqlədi + FOTO

“Saki aerodromunu vurmuşuq” - Ukrayna təsdiqlədi + FOTO
 

Ukrayna tərəfi işğal altında olan Krımdakı Saki hərbi aerodromuna hava zərbələri endirdiyini təsdiqləyib.

Paralel.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk bununla bağlı paylaşım edib: “Saki aerodromu! "Bütün hədəflər vuruldu!"

Oleşşuk ukraynalı pilotlara əla işlərinə görə təşəkkür edib. Ukrayna generalı vurulan hərbi obyektlərdən birinin fotosunu da paylaşıb.

Məlumatda qeyd olunur ki, vurulan hədəflərdən biri Rusiya ordusunun komanda məntəqəsi olub. Şahidlər hərbi aerodromun yerləşdiyi Saki-Novofedorovka ərazisində 10-a qədər partlayışın baş verdiyini bildirirlər.

Xatırladaq ki, bu gecə sosial şəbəkələrdə Krımdakı Yevpatoriya yaxınlığında güclü partlayışlar olduğu barədə məlumat yayılıb. Bundan əvvəl Krımda Rusiya ordusu komandanlığındakı yüksək rütbəli şəxslərin, hətta Rusiya ordusu Baş Qərargahının rəisi Valeri Gerasimovun məhv edildiyi barədə xəbərlər yayılıb.

Lakin Ukrayna hərbi kəşfiyyatının rəisi, general kirill Budanov Gerasimovun məhv edilməsi xəbərini təsdiqləyə bilməyəcəyini söyləyib.

0.014819860458374