Pentaqon rəhbəri xəstəxanaya yerləşdirildi

Pentaqon rəhbəri xəstəxanaya yerləşdirildi
 

ABŞ-nin müdafiə naziri Lloyd Ostin son tibbi prosedurdan sonra  səhhətində yaranan fəsadlar nəticəsində yenidən xəstəxanaya yerləşdirilib.

Paralel.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

Onun sözlərinə görə,  Ostin Valter Rid Milli Tibb Mərkəzinə yerləşdirilib. 

Pentaqon nazirin səhhətindəki fəsad və hansı prosedurdan sonra yarandığına aydınlıq gətirməyib.

Lloyd Ostinin 70 yaşı var. O, 2021-ci ilin yanvarında Pentaqonun rəhbəri vəzifəsini icra edib. Ostin bu vəzifəni tutan ilk afroamerikalıdır.

Mürtəza
Ölkə.Az

 

0.029252052307129