Ağ evdə gərginlik: Bu iki şəxs yola getmir

Ağ evdə gərginlik: Bu iki şəxs yola getmir
 

Ağ Evdə iki yüksək səviyyəli şəxs arasında gərginlik yaşanır.

Paralel.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Karin Jan-Piyer və Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi arasında gərginlik artıb.

Qeyd olunur ki, onlar media brifinqlərində kürsüləri bölüşürlər, lakin pərdə arxasında ünsiyyətləri kifayət qədər gərgindir.

Nəşrin fikrincə, bu məsələ Ağ evdə narahatlıq yaradır. Çünki Co Bayden yenidən seçki kampaniyasına daxil olarkən, onun yüksək rütbəli mətbuat katibləri yola getmirlər.

 

0.013919115066528