Paşinyan onu istefaya göndərdi

Paşinyan onu istefaya göndərdi
 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Armavir mərzinin qubernatoru Eduard Ovannisyanı vəzifəsindən azad edib.

Bu barədə hökumət başçısı müvafiq sərəncam imzalayıb.

“Azadlıq Radiosu”nun Ermənistan bürosunun məlumatına görə, bu qərardan öncə Paşinyan sözügedən regionun Üçkilsə şəhərinə səfəri zamanı baxış keçirdiyi ibtidai məktəbdə bir sıra nöqsanlar aşkarlayıb.

Qeyd edək ki, E. Ohannisyan 2021-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Xatırladaq ki, srağagün Ermənistan liderinin ölkəsinin Loru mərzinə səfərindən sonra şəhərsalma komitəsinin sədri Armen Qularyan və qubernator Aram Xaçatryan vəzifəsindən uzaqlaşdırılıb. Orada da o məktəb, gimnaziya və tibbi mərkəzləri ziyarət edərək çatışmazlıqlara işarə edib.

 

0.014978885650635