Şaxta baba oğurluq edib, təbrik etməyə getdi - VİDEO

Şaxta baba oğurluq edib, təbrik etməyə getdi - VİDEO
 

İrkutsk vilayətində Şaxta baba paltarı geyinmiş şəxs Nijneudinsk sakinlərini bayram münasibətilə təbrik etmək üçün avtomobil qaçırıb. Lakin idarəetməni itirərək qar çuxuruna çırpılıb.

Paralel.az Rusiya KİV-ə istinadla bildirir ki, yanvarın 2-də VAZ markalı avtomobilin oğurlanması barədə polisə məlumat daxil olub. Avtomobilin sahibi deyib ki, mağazalardan birinin yaxınlığında o, “Santa Klaus” geyimində gənc oğlanı görüb və onu Nijneudinsk sakinlərini Yeni il münasibətilə təbrik etməyə dəvət edib.

Yeni tanışlar çıxışda dayanıb və avtomobil sahibi Şaxta babanı maşınında qoyub düşüb. Bir müddət sonra VAZ-ın oğurlandığını görüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları maşının yerini müəyyən etməyə və oğrunu saxlamağa müvəffəq olublar. 25 yaşlı gənc deyib ki, o, maşın sahibinin geri qayıtmasını gözləməmək qərarına gəlib və şəhər sakinlərini təkbaşına təbrik etmək istəyib. Ancaq idarəetməni itirərək qar yığınına çırpılıb.

Faktla bağlı cinayət işi açılıb.

 

0.015370845794678