İrandakı terrorda şübhəli bilinənlər saxlanılıb

İrandakı terrorda şübhəli bilinənlər saxlanılıb
 

“İranın Kirman şəhərində törədilən terror aktında iştirak etməkdə şübhəli bilinən bir neçə nəfər həbs olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

Nazir hər iki terrorçunun intihar əməliyyatları həyata keçirdiyini və onların cəsədlərinin hissələrinin hadisə yerində tapıldığını bildirib.

Qeyd edək ki, yanvarın 3-də Kirmanda Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən yürüşdə törədilən iki partlayış azı 89 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub.

İŞİD isə, partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

 

0.015676021575928