III Çarlz taxtdan gedir?

III Çarlz taxtdan gedir?
 

İngilis mediası Kral III Çarlzla bağlı qalmaqallı xəbər dərc etməyə davam edir.

Bu dəfə onun tezliklə taxtı tərk edəcəyi və vəzifəyə oğlu Uilyamı gətirəcəyi haqda şayiələr dolaşır.

Kralın anası II Elizavet kimi igilis xalqı ilə mehiran olmadığı bildirilib. Eyni zamanda Çarlz 73 yaşında taxta çıxıb, bu il onun 75 yaşı tamam olur. Səhhəti idarıçilik etməyinə imkan vermir. 

83 yaşlı Danimarka kraliçası II Marqret Yeni il çıxışında yanvarın 14-də təqaüdə çıxacağını, oğlu Frederikin isə taxt-taca oturacağını bildirib. Bu çıxışdan sonra III Çarlzın da bu addımı atmağı düşündüyü bildirilib. İngilis mediasının dərc etdiyi məqalədə bildirilib ki, ətrafdakı insanlar bunun düzgün addım olacağını düşünür. Çünki Şahzadə Uilyam və Keyt Middlton bu işin öhdəsindən daha yaxşı gələcək.

Məqalədə vurğulanıb ki, bu iddiaların nə qədər doğru, nə qədər yalan olduğu haqda kral ailəsi heç bir açıqlama verməyib. 

 

0.018996953964233