Türkiyənin ilk astronavtının kosmosa göndəriləcəyi tarix açıqlandı

Türkiyənin ilk astronavtının kosmosa göndəriləcəyi tarix açıqlandı
 

Türkiyənin ilk astronavtı Alper Gezeravcı yanvarın 17-dən 18-nə keçən gecə yerli vaxtla saat 02.11-də “Ax-3” ekipajı ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyə Sənaye və Texnologiya Nazirliyi açıqlama verib.

Astronavt sosial media hesabında yazıb: "Əməliyyat prosesinin ilk addımı olan karantin bu gündən başlayır".

Ekipajın 1,5 günlük səyahət nəticəsində yanvarın 19-da, yerli vaxtla saat 14.15-də Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşması gözlənilir.

Gezeravcının Türkiyə bayrağını kosmosa qaldıracağı Türkiyənin ilk insanlı kosmos missiyası üçün Türkiyə Kosmik Agentliyi (TUA) və PTT tərəfindən xüsusi xatirə möhürü və zərf hazırlanıb.

 

0.016232967376709