Pentaqon İrana yaxın olan liderlərdən birini öldürdü

Pentaqon İrana yaxın olan liderlərdən birini öldürdü
 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana yaxın Həşd əş-Şaabiyə bağlı şiə milis qüvvələri olan Nucaba Hərəkatının liderlərindən biri Əbu Təqva əl-Səidinin Bağdadda hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

"Paralel.az" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder açıqlama verib.

Rayder bildirib ki, Əbu Təqva əl-Səidi İraq və Suriyadakı ABŞ əsgərlərinin təhlükəsizliyinə ciddi təhdid yaradırdı. O, bölgədəki ABŞ hərbçilərinə qarşı aktiv şəkildə hücumlar planlaşdıraraq həyata keçirib.

Pentaqon sözçesü  onu da əlavə edib ki, Səidinin köməkçilərindən biri ABŞ-nin müvafiq hava hücumunda həlak olub.

Mürtəza
Ölkə.Az

 

0.036003112792969