Türkiyədə İsrailə casusluq edən 34 nəfər saxlanılıb

Türkiyədə İsrailə casusluq edən 34 nəfər saxlanılıb
 

Türkiyədə İsrail Xarici Kəşfiyyat Xidməti “Mossad”a casusluq etməkdə ittiham olunan 34 nəfər saxlanılıb.

Əməliyyat İstanbul da daxil olmaqla 8 vilayətdə həyata keçirilib. Polisin şübhəlilərin saxlanması istiqamətində əməliyyatı davam edir. 

Onların ifadələri alınmaqla yanaşı, sağlamlıq vəziyyəti də yoxlanılıb.

Türkiyə Prezidentinin kommunikasiyalar direktoru Fəxrəddin Altun İsrailə casusluqda ittiham olunaraq saxlanılanlar barədə prezident Rəcəb Tayyib Ərdoğanın dediklərini social mediada paylaşıb: “Bu o deməkdir ki, Türkiyəni tanımırlar. Türkləri tanımırlar. Bizi tanımırlar. Əgər belə bir səhvə əl atırlarsa, bilsinlər ki, bunun bədəli ağır olacaq”.

“Times of İsrael” yazır ki, İsrail Xarici İşlər Nazirliyi həbslər barədə məlumat verməkdən imtina edib.

Ötən ay “Wall Street Journal” qəzeti İsrailin kəşfiyyat orqanlarının Qəzza zolağında silahlı qruplaşma ilə mübarizə aparan zaman Türkiyə də daxil olmaqla, Yaxın Şərqdə HƏMAS liderlərinə sui-qəsd təşkil etmək üzərində işlədiyini yazıb

Bir neçə gün sonra İsrail mediası bildirdi ki, İsrail Qətər, Türkiyə və Livan da daxil olmaqla dünyanın “hər yerində” HƏMAS liderlərini öldürməkdə qərarlıdır.

Ankara buna cavab olaraq İsrailə xəbərdarlıq edib ki, Türkiyə torpaqlarında HƏMAS üzvlərinə sui-qəsd etməyə cəhd etsə, “ciddi nəticələrlə” üzləşəcək.

Reuters xəbər agentliyi adının açıqlanmasını istəməyən bir türkiyəli kəşfiyyat rəsmisinə istinadən yazıb: “İsrail rəsmilərinin bəyanatları əsasında həmsöhbətlərə lazımi xəbərdarlıqlar edilib və İsrailə [belə bir hərəkətin] ciddi nəticələrinin olacağı bildirilib”.

 

 

0.016385078430176